Medianews.az
İran İsrailə “Fəttah-2” hipersəs raketi ilə zərbə endirdi –
87 baxış

İran İsrailə “Fəttah-2” hipersəs raketi ilə zərbə endirdi – görüntülər yayıldı

ABŞ, İsrail və İran arasında gərginlik beşinci gündür davam edərkən, cəbhə xəttindən yayılan görüntülər böyük rezonans doğurub.

Medianews.az xəbər verir ki, sosial mediada paylaşılan kadrlarda İranın İsraili hipersəs raketlərlə vurduğu anların saniyə-saniyə qeydə alındığı bildirilir.

Məlumata görə, İran İsrailə qarşı yeni nəsil “Fəttah-2” hipersəs raketindən istifadə edib. Yayılan görüntülərdə yüksək sürətlə hərəkət edən raketin hədəf bölgəsinə çatması və ardınca baş verən güclü partlayış əks olunub.

Beynəlxalq mediada yer alan məlumatlara əsasən, “Fəttah-2” hipersəs raketləri yüksək sürət və manevr qabiliyyəti ilə seçilir. Bildirilir ki, bu tip raketlər mövcud hava hücumundan müdafiə sistemlərini dəf etmək imkanına malikdir.

Digər tərəfdən, regionda qarşılıqlı hücumların davam etməsi təhlükəsizlik narahatlıqlarını daha da artırır. Mütəxəssislər Yaxın Şərqdə münaqişənin genişlənməsi riskinin artdığını qeyd edir və tərəfləri təmkinli davranmağa çağırırlar.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə buna cavab olaraq İsrailə, eləcə də ABŞ hərbi bazalarının yerləşdiyi bəzi regional ölkələrdə müəyyən etdiyi hədəflərə zərbələr endirib.

İran Qızıl Aypara Cəmiyyəti ABŞ və İsrailin hücumları nəticəsində 787 nəfərin həyatını itirdiyini açıqlayıb.

Medianews.az

Bizə qoşulun