Medianews.az
İran İsrailin şimalını raket atəşinə tutur
149 baxış

İran İsrailin şimalını raket atəşinə tutur

İsrailin şimal bölgələri İranın raket hücumuna məruz qalıb.

Medianews.az xəbər verir ki, hücum fonunda ölkənin bir sıra ərazilərində hava hücumu sirenaları səslənib.

İsrailin hava hücumundan müdafiə sistemləri işə düşüb və İrandan buraxılan bütün raketləri havada məhv edib.

Sığınacaqlar açılıb, əhaliyə təhlükə ilə bağlı xəbərdarlıqlar göndərilib. Təhlükəsizlik səbəbindən məktəblərdə dərslər ləğv olunub.

İsrail mediası ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini yazır.

Bizə qoşulun