Medianews.az
Müharibəyə xərclənən pulla neçə milyon adamı xilas etmək olardı? –
114 baxış

Müharibəyə xərclənən pulla neçə milyon adamı xilas etmək olardı? – RƏQƏM AÇIQLANDI

ABŞ-nin İrana qarşı apardığı müharibəyə xərclədiyi pulla dünyada on milyonlarla insanın həyatını xilas etmək olardı.

Medianews.az xəbər verir ki, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer deyib.

O, aprelin 20-də Londonda “Çatem Haus” Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edərkən deyib ki, ABŞ İrana qarşı apardığı müharibənin hər gününə 2 milyard dollar xərcləyib: “BMT-nin humanitar planında yardım göstərilməsi prioritet götürülən 87 milyon insanın həyatını xilas etmək üçün isə bizə ümumilikdə 23 milyard dollar lazımdır. Bu məbləğ İrana qarşı müharibənin iki həftəsindən də az müddətə xərclənən vəsaitə bərabərdir. Yəni müharibənin iki həftəsi ərzində xərclənən puldan da aşağı bir məbləğlə 87 milyon insanın həyatını xilas etmək olardı”.

Bu il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bakı vaxtı ilə aprelin 8-nə keçən gecə ABŞ və İran arasında atəşkəs razılaşması əldə olunub. Aprelin 10-dan Pakistanın paytaxtı İslamabadda Vaşinqtonla Tehran arasında danışıqlar start götürüb.

Medianews.az

Bizə qoşulun