Medianews.az
İtaliya nəşrindən QALMAQAL:
74 baxış

İtaliya nəşrindən QALMAQAL: Hər kəs BU GÖRÜNTÜLƏRdən danışır

İtaliyanın məşhur həftəlik nəşri L'Espresso jurnalının son üz qabığı beynəlxalq səviyyədə geniş mübahisələrə səbəb olub.

Medianews.az xəbər verir ki, “İstismar” başlığı ilə dərc olunan nömrədə İsrailin Fələstin ərazilərindəki siyasətinə dair sərt ittihamlar yer alıb.

Jurnal üz qabığında İsrailin regiondakı fəaliyyətini “etnik təmizləmə və sistematik zorakılıq” kimi xarakterizə edib. Bu ifadələr beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub və müxtəlif reaksiyalara səbəb olub.

Üz qabığında yer alan fotoşəkildə silahlı bir İsrail köçkünün müdafiəsiz fələstinli qadının şəklini çəkməsi əks olunub. Nəşr bu görüntünü bölgədə artan zorakılığın simvolu kimi təqdim edib.

İsrail hökuməti isə jurnalın bu təqdimatına sərt etiraz edib. Rəsmi Təl-Əviv nəşri “yanlış, qərəzli və nifrət nitqi ehtiva edən” material kimi qiymətləndirib və ictimaiyyətin yanlış istiqamətləndirildiyini bildirib.

Mövzu Qəzza zolağı və Qərb Sahili ətrafında davam edən gərginlik fonunda daha da aktuallaşıb. Beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı bölgədə humanitar vəziyyətin ağırlaşdığını və məcburi köçürülmələrin ciddi risklər yaratdığını dəfələrlə vurğulayıb.

Medianews.az

Bizə qoşulun