Medianews.az
İTV-nin yeni baş direktoru seçildi -
307 baxış

İTV-nin yeni baş direktoru seçildi - FOTO

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyənləşib.

Medianews.az APA-ya istinadən xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib.

B.Qasımov bu gün Audiovizual Şurada keçirilən İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilib.

İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib. Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb.

Məlumat üçün bildirək ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 20-ci maddəsinə görə Yayım Şurasının 9 üzvündən ən azı 6-nın səsini alan iddiaçı baş direktor seçkisini qazanır.

Xatırladaq ki, baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

Qeyd edək ki, B.Qasımov ilk dəfə 2018, ikinci dəfə isə 2022-ci ildə İctimai Televiziyanın baş direktoru seçilib. 

Bizə qoşulun