Medianews.az
Kantenin qarşılanmasında ajiotaj -
64 baxış

Kantenin qarşılanmasında ajiotaj - VİDEO

"Fənərbaxça”nın yeni transferi Nqolo Kante İstanbulda böyük coşqu ilə qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, hava limanında minlərlə azarkeşin iştirakı ilə baş tutan qarşılanma zamanı yaranan ajiotaj qısamüddətli qorxu dolu anlara səbəb olub.

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən fransız yarımmüdafiəçinin transferində “Fənərbaxça” xoşbəxt sona çatıb. Klub Kante ilə 2,5 illik müqavilə imzalayıb.

Təcrübəli futbolçu transfer prosedurlarını tamamlamaq üçün İstanbula gəlib. “Fənərbaxça” rəhbərliyi oyunçunu hava limanında qarşılayıb, minlərlə azarkeş isə ulduz futbolçunu görmək üçün əraziyə toplaşıb.

Alovlar, şüarlar və böyük izdihamın müşayiət etdiyi qarşılanma zamanı bir qrup azarkeş Kanteyə daha yaxından baxmaq üçün çardağın üzərinə çıxıb. Nəticədə çardaq qırılıb və ərazidə qorxu dolu anlar yaşanıb.

Hadisə zamanı ciddi xəsarət alanın olmadığı bildirilir.



Bizə qoşulun