Medianews.az
Karlo Ançelottinin oğlu məşhur klubun baş məşqçisi təyin olundu
121 baxış

Karlo Ançelottinin oğlu məşhur klubun baş məşqçisi təyin olundu

Fransa futbolunun iddialı klublarından olan "Lill" rəhbərliyi baş məşqçi postuna yeni təyinatı rəsmiləşdirib. Komandanın sükanı rəsmən Davide Ançelottiyə həvalə olunub.

Bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 36 yaşlı mütəxəssislə iki illik müqaviləyə imza atılıb. Əfsanəvi Karlo Ançelottinin oğlu olan Davide son olaraq Braziliyanın "Botafoqo" klubunu çalışdırıb. Fransa təmsilçisi onun baş məşqçi qismində rəhbərlik edəcəyi ikinci komanda kimi tarixə düşəcək.

Gənc mütəxəssis bundan əvvəl "Bavariya", "Napoli", "Everton" və "Real Madrid" kimi Avropa nəhənglərində, eləcə də Braziliya milli komandasında köməkçi məşqçi kimi zəngin təcrübə toplayıb.

Xatırladaq ki, "Lill" klubu Fransa Liqa 1-də 2025/26 mövsümünü fəxri kürsünün 3-cü pilləsində tamamlayıb./oxu.az

Bizə qoşulun