Medianews.az
Keşlədə evlərini su basmış 37 nəfər təxliyə olunub
141 baxış

Keşlədə evlərini su basmış 37 nəfər təxliyə olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) həyata keçirdiyi təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evləri subasmaya məruz qalmış 37 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.

FHN-dən Medianews.az-a verilən məlumata görə, hazırda ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri davam etdirilir.

Medianews.az

Bizə qoşulun