Rusiyalı müğənni Filipp Kirkorov “Eurovision” mahnı müsabiqəsi ilə bağlı öz məqsədlərinə çatdığını bildirib.
Medianews.az xəbər verir ki, o, son 20 il ərzində müxtəlif ifaçıların müsabiqəyə hazırlanmasında iştirak etdiyini, o cümlədən bir sıra tanınmış sənətçilərlə işlədiyini qeyd edib.
Kirkorovun sözlərinə görə, onun komandası bu il də müsabiqədə uğur qazanıb və artıq bu sahədə hədəflərini tamamlayıb.
Müğənni əlavə edib ki, hazırda “Eurovision” üçün yeni ifaçı hazırlamaq niyyətində deyil və bu mərhələni həyatında bağlanmış hesab edir.
Medianews.az