Medianews.az
Koxalski “Qarabağ”dan gedəcəyini təkzib etmədi -
106 baxış

Koxalski “Qarabağ”dan gedəcəyini təkzib etmədi - “Yarı-yarıyadır”

“Qarabağ”ın qapıçısı Mateus Koxalski komandadan ayrılacağı ilə bağlı suala cavab verib.

Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Koxalski Misli Premyer Liqasının 28-ci turunda “Sabah”a 0:1 hesablı məğlubiyyətdən sonra bu barədə danışıb.

Koxalski bu ehtimalın yarı-yarıya olduğunu bildirib: “Növbəti mövsüm komandada qalma şansım yarı-yarıyadır. Nə olacağını özüm də tam bilmirəm. Hazırda dəqiq şəkildə qalacağımı, yoxsa gedəcəyimi demək çətindir”

Bizə qoşulun