Medianews.az
Güney Azərbaycanın Culfa rayonunda casusluq ittihamı ilə dörd nəfər tutulub
117 baxış

Güney Azərbaycanın Culfa rayonunda casusluq ittihamı ilə dörd nəfər tutulub

İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin Culfa rayonunda ABŞ və İsrailə casusluq ittihamı ilə dörd nəfər tutulub.

Medianews.az bildirir ki, xəbəri İranın “Tasnim” agentliyi yayıb. Xəbərdə rayonun prokuroru Hüseyn Əmaniyə istinad edilir. Əmani bildirib ki, tutulanlardan biri yerli sakindir. Onun xaricdə fəaliyyət göstərən peyk kanallarına məlumat ötürdüyü iddia olunur. Digər şəxsin “qanunsuz onlayn platformalar” vasitəsilə  informasiya fəaliyyəti apardığı vurğulanır. Qalan iki nəfərin xarici ölkə vətəndaşları olduğu, onların İrana “Starlink” peyk avadanlıqları gətirdiyi deyilir.

Prokuror xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığın ciddi nəticələr doğuracağı barədə xəbərdarlıq edərək vurğulayıb ki, milli təhlükəsizliyə qarşı cinayətlərdə heç bir güzəşt olmayacaq və qanunu pozanları ağır cəzalar gözləyir.

Medianews.az 

Bizə qoşulun