“Real Madrid”in hücumçusu Kilian Mbappe “Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldo ilə münasibətləri barədə danışıb.
Mbappe VENITE FAIR-a verdiyi müsahibədə bildirib:
“Kriştiano artıq mənim dostumdur. Pərəstiş etdiyim birinin dostum olması çox gözəldir. Biz çox danışırıq və o, “Real Madrid”dəki ilk ilimdə mənə kömək etdi. Bizim gözəl münasibətlərimiz var”.
Kilian Mbappe 2024-cü ildə PSJ-dən “Real Madrid”ə pulsuz transfer olub. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. Hücumçu bu mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 41 qol vurub və 6 məhsuldar ötürmə edib./publik.az