Medianews.az
Məktəbə silahlı hücum:
117 baxış

Məktəbə silahlı hücum: 10 nəfər ölüb, 25 nəfər yaralanıb - VİDEO

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Tumbler Ridc qəsəbəsində yerləşən orta məktəbdə silahlı hücum olub.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki,  baş verən silahlı hücum nəticəsində azı 10 nəfər həyatını itirib, 25 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Kanada Kral Atlı Polisi (RCMP) bildirib ki, hadisə yerinə daxil olan əməkdaşlar məktəbdə çoxsaylı meyit aşkar ediblər. Hücumu törətməkdə şübhəli bilinən şəxs də məktəb binasında ölü tapılıb. İlkin məlumata görə, o, özünə atəş açaraq həyatına son qoyub.

Hadisədən sonra Tumbler Ridcdəki bütün məktəblər həftənin sonunadək bağlanıb. Yerli təhsil idarəsi icmaya psixoloji və digər dəstəyin göstəriləcəyini açıqlayıb.

Britaniya Kolumbiyası İctimai Təhlükəsizlik naziri və baş prokuror Nina Kriger hadisəni “sarsıdıcı” adlandırıb. O bildirib ki, əyalət rəhbərliyi istintaqa və yerli əhaliyə dəstək üçün bütün resursları səfərbər edib.

RCMP fövqəladə vəziyyət xəbərdarlığının ləğv edildiyini və ictimaiyyət üçün əlavə təhlükə olmadığını açıqlayıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Medianews.az

Bizə qoşulun