Medianews.az
Məşhur iş adamı faciəvi şəkildə
70 baxış

Məşhur iş adamı faciəvi şəkildə öldü

Türkiyənin Bodrum rayonunda baş verən yol qəzasında tanınmış turizm mütəxəssisi və iş adamı Murat Murathanoğlu həyatını itirib.

Medianews.az xəbər verir ki, hadisə Muğlanın Torba məhəlləsində, muxtarlıq ofisinin qarşısında baş verib.

 

Məlumata görə, Murathanoğlu piyada keçidindən yolu keçməyə çalışarkən Gölköydən Torba qovşağı istiqamətində hərəkət edən beton qarışdırıcı onu vurub.

Hadisə yerinə dərhal təcili yardım, polis və yanğınsöndürənlər cəlb olunub. Həkimlər 79 yaşlı iş adamının hadisə yerində həyatını itirdiyini müəyyən ediblər.

Qəzanı törədən beton qarışdırıcının sürücüsü M.A. polis tərəfindən nəzarətə götürülüb və hadisə ilə bağlı araşdırma başlanıb.

Qəza anı yaxınlıqdakı bir müəssisənin təhlükəsizlik kamerası tərəfindən də lentə alınıb.

Yerli medianın məlumatına görə, hadisənin şahidi olan sakinlər ərazidə sürətlə hərəkət edən yük maşınlarından tez-tez şikayət edildiyini bildiriblər. Onların sözlərinə görə, bu yolda hər il ağır yol qəzaları baş verir.

Qeyd edək ki, Murat Murathanoğlu İstanbulun Nişantaşı bölgəsində və Bodrumun Torba məhəlləsində restoran biznesi ilə məşğul olurdu. O, keçmiş model Deniz Murathanoğlu ilə evli idi.

Medianews.az

Bizə qoşulun