Medianews.az
Məşhur spikerin BU GÖRÜNTÜLƏRİ gündəm oldu -
65 baxış

Məşhur spikerin BU GÖRÜNTÜLƏRİ gündəm oldu - VİDEO

Türkiyəli idman şərhçisi Demet Gedik geyimlərinin hər zaman səliqəli və ideal görünməsinin sirrini izləyiciləri ilə bölüşüb.

Medianews.az xəbər verir ki, sosial mediada paylaşım edən Gedik tez-tez aldığı “Geydiyiniz hər şey necə bu qədər gözəl görünür?” sualına cavab verərək sadə bir hiylə istifadə etdiyini bildirib.

O, paylaşdığı fotolarda paltarının arxa hissəsini göstərərək geyimin arxasına bir neçə sancaq taxdığını açıqlayıb. Onun sözlərinə görə, bu üsul paltarın bədənə daha yaxşı oturmasına və qırışsız görünməsinə kömək edir.

Demet Gedik bildirib ki, bu sadə üsul xüsusilə televiziya çəkilişləri zamanı geyimin daha səliqəli görünməsinə imkan yaradır.

İdman şərhçisinin paylaşdığı bu geyim hiyləsi qısa müddətdə sosial mediada diqqət çəkib. İzləyicilər paylaşımın altına çoxsaylı şərhlər yazaraq onun praktiki məsləhətini maraqlı və faydalı hesab etdiklərini bildiriblər.

Medianews.az

Bizə qoşulun