Argentina millisinin kapitanı Lionel Messi Avstriya üzərində qazanılan 2:0 hesablı qələbədən sonra azarkeşlərə müraciət edib.
Medianews.az xəbər verir ki, o, sosial şəbəkə hesabında qısa paylaşım edib.
“Çətin oyunda qazandığımız daha bir qələbə bizə irəliyə doğru növbəti addımı atmağa imkan verdi”,- deyə ulduz futbolçu bildirib.
Qeyd edək ki, Messi bu qollarla dünya çempionatlarındakı qol sayını 18-ə çatdıraraq turnirin bütün zamanların ən yaxşı bombardiri kimi liderliyini möhkəmləndirib.
Medianews.az