Medianews.az
Milli Məclisin növbədənkənar sessiyası çağırılır -
126 baxış

Milli Məclisin növbədənkənar sessiyası çağırılır - SƏRƏNCAM

Milli Məclisinin sədri Sahibə Qafarova 82 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsaslanaraq 2026-cı il iyunun 1-dən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Medianews.az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nəzərə çatdıraq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Bizə qoşulun