Medianews.az
Millimiz FIFA reytinqində
128 baxış

Millimiz FIFA reytinqində 3 pillə irəlilədi

Azərbaycan millisi FİFA reytinqində üç pillə irəliləyib.

Medianews.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan yığmasının "FİFA Series – 2026" beynəlxalq turnirində qalibi olduqdan sonra baş verib.

Ayxan Abbasovun baş məşqçisi olduğu yığma 1136.67 əmsalla 124-cü pilləyə yüksəlib.

Reytinqin ilk pilləsində1877.32 xalla Fransa yer alıb. İkinci pilləsi 1876.40 İspaniya, üçüncü yerdə isə 1874.81 Argentina qərarlaşıb.

Bizə qoşulun