Medianews.az
Netanyahunun çıxışına qəzəblənən gənc televizoru sındırdı –
55 baxış

Netanyahunun çıxışına qəzəblənən gənc televizoru sındırdı – VİDEO

Televizorda İsrailin baş naziri Benjamin Netanyahunun çıxışını izləyən kontent yaradıcısının reaksiyası sosial mediada geniş müzakirələrə səbəb olub.

Medianews.az xəbər verir ki, yayılan görüntülərdə gənc kontent yaradıcısının Netanyahunun çıxışını izləyərkən qəzəbinə hakim ola bilmədiyi görünür.

Videoda o, “Müharibəni dayandırın!” deyə qışqıraraq televizor ekranına yumruq vurur.

Görüntülərə əsasən, ardıcıl zərbələr nəticəsində televizorun LED ekranı qısa müddətdə parçalanaraq yararsız hala düşür. Zərbələrdən sonra cihaz masadan yerə düşür, lakin gənc qəzəbini davam etdirir.

Sosial mediada sürətlə yayılan görüntülər qısa müddətdə trendə çevrilib və istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.

Medianews.az

Bizə qoşulun