Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendum ölkə birliyə rəsmi müraciət etdikdən sonra keçiriləcək.
Medianews.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.
“Başa düşürsünüz: Ermənistan Avropa İttifaqının tamhüquqlu üzvü olmaq üçün Aİ-yə real müraciət etməyənə qədər referendumun mövzusu yoxdur. Bu baş verməyənədək referendum olmayacaq. Bu baş verən kimi referendum keçiriləcək”, – deyə siyasətçi bildirib
Məlumata görə, iyunun 2-də Vyaçeslav Volodin bildirib ki, Ermənistanın EAEİ-dən çıxaraq Aİ-yə üzvlük kursu ölkə üçün ciddi iqtisadi nəticələr yarada bilər. Onun sözlərinə görə, bu halda qazın qiyməti kəskin arta, Rusiyadan pul köçürmələri isə azala bilər.
Qeyd edək ki, mayın 29-da Vladimir Putin də Ermənistanın EAEİ-dən mümkün çıxışının ticarət güzəştlərinin itirilməsi, enerji qiymətlərinin artması və Rusiyada əmək fəaliyyəti şərtlərinin dəyişməsi ilə nəticələnə biləcəyini deyib.//Bakues.az