Medianews.az
Paşinyan yeni xəritə yayıb iddiasını açıqladı -
232 baxış

Paşinyan yeni xəritə yayıb iddiasını açıqladı - FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk şəbəkəsindəki hesabında yeni bir xəritə yerləşdirib.

Medianews.az-ın məlumatına görə, Paşinyan bu xəritənin Ermənistanın dəmiryol xətlərinin yeni perspektiv və imkanlarını göstərdiyini iddia edib.

Xatırladaq ki, mayın 24-də Nikol Paşinyan Axalkalaki-Qars dəmir yolunun Azərbaycan dəmir yolu kimi, artıq Ermənistandan ixrac və idxal üçün açıq olduğunu bəyan edib. O deyib ki, bu, Ermənistanın iqtisadi həyatında mühüm hadisədir: “Bu gün Ermənistanın Gürcüstan və Azərbaycan ərazisi vasitəsilə Rusiya ilə, daha sonra isə Rusiya və Qazaxıstan ərazisi vasitəsilə Çinlə dəmir yolu əlaqəsi var. İndi isə Gürcüstan və Türkiyə ərazisi vasitəsilə Avropa İttifaqı ilə dəmir yolu əlaqəsi də mövcuddur. Yaxın gələcəkdə Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan, daha sonra isə Naxçıvandan keçən Ermənistan-İran dəmir yolunun açılışı olacaq. TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə bu hadisələrin şahidi olacağıq".

Medianews.az

Bizə qoşulun