Braziliyada polis olan bəy toy günü gəlini qətlə yetirib.
Medianews.az xəbər verir ki, hadisə Kampinas şəhərində baş verib.
Məlumata görə, 55 yaşlı polis Daniel Barbosa Marinho və 34 yaşlı Nadjilla Duenas Nasimentu 9 may tarixində evləniblər. Toy mərasimi zamanı, nahar vaxtı onların arasında mübahisə yaranıb. Polis əməkdaşı qadına fiziki zorakılıq tətbiq edib. Daha sonra xidməti tapançasını çıxararaq iki dəfə havaya atəş açıb və hadisə yerindən uzaqlaşıb.
Axşam saatlarında isə Marinho qadının yaşadığı evə gələrək onu öldürüb. Qısa müddət sonra o, könüllü şəkildə polisə təslim olub. Onun silahı və döyüş sursatı müsadirə edilib. Məlumata əsasən, Marinho 1998-ci ildən polis orqanlarında xidmət edib.
Qadının anası bildirib ki, qızı əvvəllər dəfələrlə bu şəxsin aqressiv davranışı barədə xəbərdar edilib və onun xüsusilə spirtli içki qəbul etdikdən sonra daha da aqressivləşdiyini deyib. Qadının əvvəlki evliliyindən üç uşağı qalıb.
Medianews.az