ABŞ-nin Riversayd şəhərində polis 77 yaşlı Toai Fam adlı kişini qadınlara qarşı nalayiq davranış şübhəsi ilə saxlayıb.
Medianews.az xəbər verir ki, ilk hadisə mart ayında Rubido dağının yaxınlığında qeydə alınıb.
Şikayətçi qadının sözlərinə görə, o, cığırda gəzərkən həmin şəxs ona yaxınlaşaraq nalayiq hərəkətlər edib.
Şübhəli daha əvvəl həbs olunsa da, qısa müddət sonra girov qarşılığında azadlığa buraxılıb. Polis onun həmin ərazidə tez-tez göründüyünü və bir neçə qadına qarşı oxşar hərəkətlər etdiyi ehtimalını araşdırır.
Hüquq-mühafizə orqanları sosial şəbəkələrdə onun fotosunu yayıb və mümkün digər zərərçəkənləri məlumat verməyə çağırıblar.
Medianews.az