Medianews.az
Prezident icbari tibbi sığorta ilə bağlı dəyişikliyi TƏSDİQLƏDİ –
51 baxış

Prezident icbari tibbi sığorta ilə bağlı dəyişikliyi TƏSDİQLƏDİ – 2027-ci ilədək...

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi 1 il uzadılıb.

Medianews.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Tibbi sığorta haqqında" qanuna dəyişikliyi təsdiq edib.

Sənədə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.

Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.

Bizə qoşulun