PSJ klub işçilərinin hamısına mükafat paylayıb.
Medianews.az xəbər verir ki, ötən mövsüm Fransa klubu üçün olduqca uğurlu alınıb. Luis Enrikenin rəhbərlik etdiyi komanda demək olar ki, bütün mümkün titulları qazanıb, ən əsası isə UEFA Çempionlar Liqasının qalibi olub.
Paris təmsilçisinin rəhbərliyi baş icraçı direktor Viktoriano Meleronun təşəbbüsü ilə klubun 700-dən çox əməkdaşının hər birinə 5140 avro məbləğində mükafat verilib.
Ümumilikdə bütün işçilərə 4 milyon avro ayrılıb.//Publika.az