Medianews.az
“Qalatasaray”da növbəti ayrılıq:
191 baxış

“Qalatasaray”da növbəti ayrılıq: Kazımcan Karataş komandadan ayrıla bilər

Yeni mövsüm üçün heyət planlamasını davam etdirən “Qalatasaray” sol cinah müdafiəsində İsmayıl Yakobs və Eren Elmalını komandada saxlamaq qərarına gəlib.

Medianews.az xəbər verir ki, baş məşqçi Okan Burukun da hər iki futbolçunun qalmasını istədiyi bildirilir.

Bu qərardan sonra 23 yaşlı müdafiəçi Kazımcan Karataşın gələcəyi qeyri-müəyyənləşib. Mövsümün ikinci yarısını icarə əsasında “Başakşehir”də keçirən futbolçunun daha çox oyun təcrübəsi qazanmaq üçün komandadan ayrılmağa müsbət yanaşdığı qeyd olunur.

Məlumata görə, “Başakşehir” Karataşı heyətdə saxlamaq niyyətindədir və bu istiqamətdə “Qalatasaray”la danışıqlar apara bilər. Eyni zamanda, futbolçunun mümkün transferində dəyişdirmə variantının da nəzərdən keçirildiyi iddia olunur.

Karataşla maraqlanan klublar arasında “Samsunspor”un da olduğu bildirilir. Klubun oyunçunun vəziyyətini yaxından izlədiyi və transfer üçün addım ata biləcəyi vurğulanır.

Qeyd edək ki, Kazımcan Karataş ötən mövsüm “Qalatasaray” və “Başakşehir” formalarında ümumilikdə 24 oyunda iştirak edib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Medianews.az

 

Bizə qoşulun