Medianews.az
Qarında köp təkcə qidadan deyil –
94 baxış

Qarında köp təkcə qidadan deyil – Həkim danışdı

Rusiyalı qastroenteroloq Olqa Suhareva qarında köpün (şişkinliyin) az bilinən səbəblərindən birinin tez-tez alkoqol qəbulu olduğunu bildirib.

Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, həftədə 3 dəfədən çox alkoqol qəbul edilməsi bağırsaq mikroflorasına ciddi təsir göstərə bilər.

Mütəxəssis qeyd edir ki, bu vəziyyət bağırsaqlarda “artıq bakterial artım sindromu”nun yaranmasına səbəb olur. Bu da qarında köp və narahatlıqla müşayiət edilir. Alkoqol faydalı bakteriyaların sayını azaldır, zərərli mikroorqanizmlərin isə çoxalmasına şərait yaradır.

Bundan əlavə, etanol bağırsaq hərəkətliliyini pozur, bakteriyaların yoğun bağırsaqdan nazik bağırsağa keçməsinə səbəb ola bilər. Həkim həmçinin qeyd edib ki, alkoqol selikli qişanı qıcıqlandıraraq iltihabı gücləndirir və yerli immun müdafiəni zəiflədir.

Medianews.az

Bizə qoşulun