“Qəhvənin faydalı təsiri ona əlavə edilən şəkər, qaymaq və şirin siroplar səbəbindən azala bilər”.
Medianews.az xəbər verir ki, bunu kardioloq İrina Vasilyeva deyib.
Onun sözlərinə görə, səhər saatlarında iki-üç fincan qəhvənin qəbul edilməsi ürək-damar xəstəlikləri riskini azaldır, həmçinin diabet və qaraciyər problemlərinə qarşı müsbət təsir göstərir.
Həkim qeyd edib ki, çoxlu şəkər və yüksək kalorili əlavələr qəhvənin faydalı xüsusiyyətlərini neytrallaşdırır. Vasilyeva yüksək təzyiqdən əziyyət çəkən və kofeinə qarşı həssas olan şəxslərə də ehtiyatlı olmağı tövsiyə edib.
Medianews.az