Medianews.az
"Real" Fransa millisinin müdafiəçisi ilə
136 baxış

"Real" Fransa millisinin müdafiəçisi ilə müqavilə imzaladı

"Liverpul” və Fransa millisinin müdafiəçisi İbrahima Konate “Real”la müqavilə imzalayıb.

Medianews.az xəbər verir ki, 27 yaşlı futbolçunun müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Konate 7 iyun bazar günü yenidən seçilən klub prezidenti Florentino Peresin seçki kampaniyası zamanı vəd edilən transferlərdən biri idi. Müdafiəçi müqaviləsinin müddəti bitdikdən sonra (30 iyun 2026-cı il) "Liverpul"u azad agent kimi tərk edəcək.

Konate hazırda Fransa milli komandasının düşərgəsindədir və DÇ-2026-ya hazırlaşır. Fransızlar İ qrupunda Seneqal, Norveç və İraqla mübarizə aparacaq.//Trend 

Bizə qoşulun