Milli futbol çempionatının yüksək dəstəsində (premyer liqa) 2025-2026 mövsümünün yeniliklə bitmək ehtimalı yüksəlir. 33 turluq çempionatda 26 turdan sonra 65 xal yığan “Sabah” ilk çempionluğa yaxındır.
55 xal toplayan, ehtiyatda bir oyunu olan “Qarabağ” qızıl medallar üçün qalan matçları udmalı, “Sabah” isə 8 xal itirməlidir.
İlk beşlikdə “Turan Tovuz” 49, “Zirə” 43, “Neftçi” 40 xalla qərar tutur.
“Araz-Naxçıvan” 39, “Sumqayıt” 32, “Şamaxı” 31, “İmişli” 23, “Kəpəz” 21, “Qəbələ” 19, “Karvan-Yevlax” 8 xal əldə edib.
Medianews.az bildirir ki, 1992-ci ildən başlayaraq “Qarabağ” 12, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Şamaxı”) 2, “Turan” (Tovuz) və “Xəzər Lənkəran” 1 dəfə ölkə çempionu olub.