Medianews.az
Sumqayıtda avtomobil ağaca çırpıldı:
76 baxış

Sumqayıtda avtomobil ağaca çırpıldı: 3 nəfər xəsarət aldı

Sumqayıtda yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.

Medianews.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində baş verib. İlkin məlumata görə, 2003-cü il təvəllüdlü Şəmsəddin Əmrullayevin idarə etdiyi “Mercedes-Benz C180” markalı minik avtomobili hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər – Zakir İbrahimli, Leyla Maluni və İlkin Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır./ Konkret.az

Bizə qoşulun