May ayında gizlicə işemik insult keçirən Rusiyanın xalq artisti Aleksandr Buynovun son vəziyyəti açıqlanıb.
Medianews.az xəbər verir ki, sənətçinin vəziyyəti stabilləşib və o, evə buraxılıb.
Müayinələrin nəticəsi normaya düşsə də, həkimlər Buynova fiziki yüklənməni azaltmağı və daha çox dincəlməyi tövsiyə ediblər.
Hazırda özünü yaxşı hiss edən tanınmış ifaçı artıq işinə geri dönüb. O, yeni mahnı üzərində çalışır və arabir konsert proqramlarında çıxış edir.
Medianews.az