Beş gün İran paytaxtında ezamiyyətdə olan ABŞ-nin “Assoşieyted Press” (“Associated Press”) agentliyinin əməkdaşları ölkəni tərk edəndən sonra yol boyu çəkdikləri şəkillər əsasında fotoreportaj hazırlayıblar.
Medianews.az bildirir ki, jurnalistlər İranı quru yolla - avtomobillə tərk ediblər. Tehrandan yola çıxıb, Təbrizdən və digər şəhərlərdən keçib, 12 saat yol qət edəndən sonra Türkiyə sərhədinə çatıblar.
Fotoreportaj səfər boyunca avtomobilin pəncərəsindən görünən mənzərələri əks etdirir: çobanlar, qoyun-quzu, ötüb-keçən yük maşınları, Təbrizdə bir kişinin pambıq şirniyyatı hazırlaması, başqa yaşayış məntəqələrində çörək bişirən ustalar, meyvə, yemək, isti içkilər satan adamlar, Gülşəhr yaxınlığında sakit bir otel dəhlizini təmizləyən qadın - bir sözlə, adi, gündəlik həyatın müxtəlif anları...