ABŞ prezidenti Donald Trampın 7-8 iyulda Ankarada keçiriləcək NATO Zirvəsinə qatılıb-qatılmayacağı ilə bağlı qeyri-müəyyənlik davam edərkən, yeni iddia gündəmə gəlib.
Bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.
Nəşrə danışan mənbələrə görə, Tramp 20 mayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı zirvəyə qatılacağını bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl ABŞ-ın NATO-dan çıxmasını düşündüyünü və ittifaqdan narazı olduğunu açıqlamışdı. Bu bəyanatlar onun zirvədə iştirak edib-etməyəcəyi ilə bağlı suallar yaratmışdı./publika.az