Medianews.az
Vüsal Aslanov yeni rəis təyin etdi –
53 baxış

Vüsal Aslanov yeni rəis təyin etdi – FOTO

“Bakı Metropoliteni” QSC-də kadr dəyişikliyi olub.

Bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Toğrul Əliyev QSC-nin Mərkəzləşdirilmiş dispetçer xidmətinin rəisi təyin edilib.

Məlumat İqtisadiyyat.az-a “Bakı Metropoliteni” QSC-dən təsdiqlənib.

Qeyd edək ki, T.Əliyev bu təyinatadək QSC-nin Hərəkət xidmətinin rəis müavini vəzifəsində çalışıb. O, bu ilin yanvarınadək isə Azərbaycan Dəmir Yolları QSC-də Yük əməliyyatları xidmətinin rəisi vəzifəsində işləyib. (İqtisadiyyat.az)

Bizə qoşulun