Xalq artisti Tariyel Qasımovun ikinci həyat yoldaşı özündən 37 yaş kiçikdir.
Medianews.az xəbər verir ki, tanınmış aktyor bu barədə qonaq olduğu televiziya verilişlərindən birində danışıb.
O, həyat yoldaşının 50 yaşında olduğunu bildirib:
"İlk həyat yoldaşımdan ayrıldıqdan 4-5 ay sonra yenidən ailə qurdum. Onunla evləndiyim üçün çox xoşbəxtəm. Bütün qadınlar mənə vurulur. Son vaxtlar həyat yoldaşım məni qısqanmır. Görür ki, mənə yazanlar çoxdur. Mən də onu qısqanmıram. Niyə? Çünki ona inanıram. Qadınlar telefonda mənə "səni sevirəm" yazırlar. Bəziləri məni aktyor kimi, bəziləri isə kişi kimi sevir".
Aktyor əlavə edib ki, həyat yoldaşından gizlətdiyi heç nə yoxdur.