Medianews.az
40 illik cinayəti
165 baxış

40 illik cinayəti saqqızla çözüldü

ABŞ-nin Vaşinqton ştatında iki qadının zorlanaraq öldürülməsi ilə bağlı 40 illik cinayət işi açılıb.

Medianews.az xəbər verir ki, 68 yaşlı Mitçell Qaff ömürlük həbs cəzasına məhkum edilib.

İstintaq zamanı detektiv Syuzen Loqotetti şübhəlinin DNT nümunəsini əldə etmək üçün ona saqqız verib. Ekspertiza nəticəsində saqqızdan götürülən DNT-nin hadisə yerində tapılan izlərlə üst-üstə düşdüyü məlum olub.

Araşdırma zamanı müəyyən edilib ki, Qaff 1980 və 1984-cü illərdə iki qadını təcavüz etdikdən sonra qətlə yetirib. O, sonda cinayətləri etiraf edib və 2026-cı ilin mayında məhkəmə tərəfindən ömürlük həbsə məhkum olunub.

Medianews.az

Bizə qoşulun