İyunun 11-də Hindistanın baş naziri Narendra Modinin fasiləsiz hakimiyyətinin 4400 günü tamam olub.
Medianews.az bildirir ki, bu, ölkənin müasir tarixində mütləq rekorddur.

İndiyədək rekord ilk baş nazir Cəvahirləl Nehruya məxsus idi. Onun baş nazirliyində fasiləsiz müddət 4398 gün çəkib.
Hindistan 1947-ci il avqustun 15-də müstəqillik qazanıb. Parlament respublikası olan ölkədə əsas fiqur baş nazirdir.
Narendra Modi 2014-cü il mayın 26-dan baş nazirdir. O, Cəvahirləl Nehrudan sonra hakimiyyət başında ardıcıl üç dəfə parlament seçkisini udan ilk liderdir.