ABŞ Ərəbistan dənizində İranın "kölgə donanmasına" məxsus bir tankeri dəniz blokadasını pozmağa və enerji ehtiyatlarını daşımağa çalışarkən ələ keçirib.
Söhbət İran neft və qaz məhsullarını xarici bazarlara daşıyan 19 tankerdən ibarət qrupun bir hissəsi olan “Sevan” tankerindən gedir.
Hərbçilərin məlumatına görə, tanker ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter və USS Pinckney esminesi tərəfindən ələ keçirilib. Hazırda o, ABŞ qüvvələrinin müşayiəti altında İrana qayıtmaq əmrini yerinə yetirir.
Mərkəzi Komandanlıq qeyd edib ki, "kölgə donanması" gəmiləri milyardlarla dollar dəyərində enerji ehtiyatlarının, xüsusən də propan və butanın daşınmasında iştirak etdiklərinə görə ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına məruz qalır./Musavat.com