İranla həyata keçirilən müharibənin bu günə qədərki xərci təxminən 29 milyard dollar təşkil edib.
Medianews.az metbuat.az-a istinadla xəbər verir ki, ABŞ Müharibə Nazirinin Maliyyə İşləri üzrə müavini Jules Hurst belə açıqlama verib. O, Müharibə Naziri Pit Heqset və Birgə Qərargah Rəisləri Komitəsinin sədri Dan Keyn ilə birlikdə Pentaqonun 2027-ci maliyyə ili üçün rekord büdcə tələbi ilə bağlı Nümayəndələr Palatasında açıqlama verib. Nümayəndələr Palatasının üzvlərinin İrana qarşı ABŞ-İsrail müharibəsinin bu günə qədərki xərci ilə bağlı sualına Hurst, rəqəmin təxminən 29 milyard dollara çatdığını bildirib. Həmçinin, eyni sessiyada çıxış edən müharibə naziri Pit Heqset ABŞ-nin bölgədəki hərbi mövcudluğunu qorumaq və ya geri çəkilmək planlarına dair açıqlama verib.
O bildirib ki, ABŞ-nin lazım gələrsə, müharibəni genişləndirmək, geri çəkilmək və qüvvələri başqa yerə köçürmək planı var.