ABŞ-ın Massaçusets ştatının Kembric şəhərində silahlı insident baş verib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, küçənin ortasında atəş açan şəxs ərazidə böyük panikaya səbəb olub.
sosial şəbəkələrdə yayılan görüntülərdə silahlı şəxsin küçədə gəzərək ətrafa atəş açdığı görünür. Hadisə zamanı insanlar təşviş içində ərazidən uzaqlaşmağa çalışıblar.
Məlumata görə, hadisə nəticəsində bir nəfər yaralanıb. Əraziyə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hüquq-mühafizə orqanları bildiriblər ki, silahlı şəxs polis müdaxiləsi zamanı vurularaq zərərsizləşdirilib. Yaralı şəxs isə xəstəxanaya aparılıb.
Hazırda hadisənin motivi araşdırılır. Polis hücumun terror aktı ilə əlaqəsinin olub-olmadığını da yoxlayır.
Medianews.az