Medianews.az
Güclü yanğın onlarla mağazanı külə döndərdi -
79 baxış

Güclü yanğın onlarla mağazanı külə döndərdi - VİDEO

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən ətir istehsalı müəssisəsində baş verən partlayışdan sonra güclü yanğın başlayıb. Hadisə ətraf ərazilərdə böyük panikaya səbəb olub.

Medianews.az xəbər verir ki, hadisə İkitelli OSB məhəlləsindəki Heskop Sənaye Sahəsində qeydə alınıb. İki mərtəbəli ətir istehsalı müəssisəsində baş verən partlayışdan sonra alov qısa müddətdə bütün binanı bürüyüb. Daha sonra yanğın yaxınlıqdakı mağaza və obyektlərə yayılıb.

Məlumata görə, partlayışın təsirindən zirzəmi və dayanacaq hissəsində də alovlanma baş verib. Əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları, polis və təcili tibbi yardım qrupları cəlb olunub.

Hadisə şahidi Fatih Kiper partlayış anını belə təsvir edib:

“Partlayışın səsi ilə yer silkələndi. Əvvəlcə zəlzələ olduğunu düşündük. Küçəyə çıxanda insanların “Yanğın var!” deyə qışqıraraq qaçdığını gördük. Ardınca daha bir neçə partlayış səsi eşitdik”.

Yanğının yaxınlıqdakı obyektlərə keçməsi nəticəsində onlarla mağazaya ciddi ziyan dəyib. Yanğınsöndürənlər alovu nəzarətə almaq üçün təxminən 8 saat fasiləsiz mübarizə aparıblar.

İlkin məlumata əsasən, hadisə zamanı ölən və ya yaralanan olmayıb.

Faktla bağlı araşdırma başlanıb.

Medianews.az

Bizə qoşulun