Medianews.az
Fenomenə 2 milyon dollar BAĞIŞLAYAN fanatından
82 baxış

Fenomenə 2 milyon dollar BAĞIŞLAYAN fanatından ŞOK HƏRƏKƏT

OnlyFans platformasında məşhur olan Alis Rozenblum ən sadiq izləyicilərindən biri ilə ilk dəfə üz-üzə görüşərkən xoşagəlməz hadisə ilə qarşılaşıb.

Medianews.az xəbər verir ki, iddialara görə, fenomenə təxminən 2 milyon dollar bağışlayan şəxs görüş zamanı həm təhqiredici ifadələr işlədib, həm də fiziki təmasa cəhd göstərib.

Görüş qısa müddətdə gərgin mübahisəyə çevrilib. Məlumata görə, uzun müddətdir Rozenbluma maddi dəstək göstərən izləyici onun görünüşü ilə bağlı nalayiq fikirlər səsləndirib.

İddialara əsasən, həmin şəxs Alis Rozenbluma “Real həyatda daha kök görünürsən” deyərək onu şoka salıb. Bundan sonra tərəflər arasında sözlü mübahisə yaranıb.

Məlumata görə, gərginlik zamanı izləyici fenomenin qoluna toxunmağa çalışıb. Rozenblum isə sərt reaksiya verərək geri çəkilib və ətrafdakılardan kömək istəyib.

“İyrəncdir, məndən uzaq dur! Polis çağırıram!” – deyə fenomenin qışqırdığı bildirilir.

Hadisədən sonra məkanın təhlükəsizlik əməkdaşları müdaxilə edib və həmin şəxs ərazidən uzaqlaşdırılıb.

Baş verən olay sosial mediada qısa müddətdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər influenserlərlə izləyicilər arasındakı sərhədlər və onlayn münasibətlərin təhlükəli tərəfləri barədə müxtəlif fikirlər səsləndiriblər.

Medianews.az

Bizə qoşulun