Medianews.az
Tanınmış aktrisanın son halı pərəstişkarlarını qorxutdu -
64 baxış

Tanınmış aktrisanın son halı pərəstişkarlarını qorxutdu - FOTO

Türkiyəli məşhur aktrisa Fərəh Zeynep Abdullah sosial media paylaşımı ilə gündəmə gəlib. Hazırda Barış Arduçla birlikdə rol aldığı “Soy” filminin çəkilişlərini davam etdirən aktrisanın bədənindəki göyərmələr və qızartılar izləyicilərini narahat edib.

Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fərəh Zeynep Abdullah çəkiliş prosesindən fotolar paylaşaraq filmin gərgin və fiziki baxımdan çətin səhnələrindən izlər qaldığını göstərib.

Paylaşılan görüntülərdə aktrisanın xüsusilə ayaq və qollarında çoxsaylı göyərmə və qızartılar diqqət çəkib. Bu görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.

Pərəstişkarları paylaşımın ardından aktrisaya dəstək mesajları yazıblar. İzləyicilər “Özünüzə yaxşı baxın”, “Tezliklə sağalın” və “Çox yorğun görünürsünüz” kimi şərhlərlə narahatlıqlarını ifadə ediblər.

Yerli media “Soy” filmi üçün intensiv çalışan Fərəh Zeynep Abdullahın xüsusilə döyüş və ağır fiziki səhnələrdə çətinlik yaşadığını qeyd edib.

Aktrisanın paylaşımı kino dünyasında da diqqət çəkən mövzulardan birinə çevrilib.

Bizə qoşulun