Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən fransız futbolçu Teo Hernandez yenidən qalmaqallı görüntülərlə gündəmə gəlib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, adı daha əvvəl İtaliya futbolunda eskort qalmaqalı ilə hallanan futbolçunun bu dəfə məclisdən yayılan görüntüləri müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə yayılan videolarda Teo Hernandezin çoxsaylı qadın və kişilərlə birlikdə musiqi sədaları altında əyləndiyi görünür. Görüntülərdə spirtli içki şüşələri və gecə məclisinə aid müxtəlif kadrlar da yer alıb.
İddialara görə, fransız futbolçunun məclis zamanı “gülüş qazı” kimi tanınan maddədən istifadə etdiyi də əks olunub. Həmin görüntülər qısa müddətdə sosial mediada geniş yayılıb və futbol dünyasında ciddi rezonans doğurub.
Hələlik Teo Hernandezin düşərgəsi və ya klubu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, futbolçunun adı son dövrlərdə İtaliya futbolunda ortaya çıxan eskort qalmaqalı ilə də əlaqələndirilmişdi.
Medianews.az