AFFA klublara oyunçuları izləyə bilmək üçün kameralar təqdim edəcək.
Medianews.az xəbər verir ki, bunu qurumun baş katibinin müşaviri Elçin Məmmədov "Eyeball" şirkəti ilə müqavilə imzalanma mərasimindən sonra mətbuat konfransında bildirib.
"Klublar AFFA tərəfindən keçirilən liqalarda oynayırlar. İzləmələr üçün kameralar alınacaq və klublara veriləcək. Bu, klublara imkan verəcək ki, öz oyunçularını izləyə bilsinlər. Bu kameralar əsasən U-15, U-16 və Yüksək Qızlar Liqasında istifadə olunacaq", - deyə o söyləyib.
Qeyd edək ki, müqaviləyə əsasən, "Eyeball" şirkətinin kamera və analiz platforması AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə çempionatlarda tətbiq olunacaq.//Bakıvaxtı.az