Medianews.az
Afrika futbolunda ŞOK -
59 baxış

Afrika futbolunda ŞOK - 7 futbolçu yoxa çıxdı

Eritreya milli futbol komandası ilə bağlı növbəti qalmaqal gündəmə gəlib.

Medianews.az xəbər verir ki, komandanın 7 futbolçusu səfər oyunundan sonra yoxa çıxıb.

Hadisə Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Cənubi Afrikada baş verib. Məlumata görə, Esvatini ilə keçirilən oyundan sonra Yohannesburqdakı hotellərindən ayrılan futbolçuların harada olduğu bilinmir.

İtkin düşənlər arasında qapıçılar Kubrom Solomon və Awet Maharana, müdafiəçilər Yosief Tsegay, Nahom Awet, Weded Fessehaye, cinah oyunçusu Medhanie Redie və hücumçu Benhur Amanuel yer alır.

Qeyd edək ki, bu, son illərdə Eritreya millisində ilk belə hal deyil. Rəsmi məlumatlara görə, son 17 ildə milli komandadan ayrılaraq ölkəni tərk edən futbolçuların sayı 57-yə çatıb.

Mütəxəssislər bu halları ölkədəki məcburi hərbi xidmət, iqtisadi çətinliklər və siyasi təzyiqlərlə əlaqələndirir. 2009-cu ildən bəri komandanın xaricdə keçirdiyi oyunlar zamanı dəfələrlə kütləvi şəkildə sığınacaq halları qeydə alınıb.

Son hadisə də bu tendensiyanın davam etdiyini göstərir.

Medianews.az

Bizə qoşulun