Medianews.az
Parlament sədri İsrail tərəfindən təhdid edilən "Kadir Baba"ya
61 baxış

Parlament sədri İsrail tərəfindən təhdid edilən "Kadir Baba"ya ZƏNG ETDİ

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş məşhur aktyor Görkem Sevindikə telefonla zəng edərək ona dəstəyini ifadə edib.

Medianews.az xəbər verir ki, N.Kurtulmuş İsrailin edam cəzası ilə bağlı qanununa etiraz etdikdən sonra Itamar Ben-Gvir tərəfindən təhdid edilən Sevindiki təbrik edib və onun mövqeyini yüksək qiymətləndirib.

TBMM sədri aktyorun çıxışını “vicdanın səsi” adlandıraraq, bunun insanlıq və əxlaq baxımından mühüm addım olduğunu vurğulayıb və ona yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Ben-Gvir yayımladığı videoda Görkem Sevindiki hədəf alaraq təhdid xarakterli ifadələr işlətmiş, İsraildə ölüm cəzasının terrorçular üçün tətbiq olunduğunu bildirmişdi.

Məlumat üçün onu da bildirək ki, Türkiyədə ən çox izlənilən seriallardan biri olan “Eşref Rüya”da Kadir Baba rolunu ifa edən Görkəm Sevindik sosial şəbəkədə, “12 min fələstinli məhbusun edamı təsdiqlənib. Onların 4 mini uşaqdır… Zəhmət olmasa susmayaq. İnsanlıq bu gün ayağa qalxmayacaqsa, nə vaxt qalxacaq? İnsan olduğumuzu bu gün göstərməyəcəyiksə, nə vaxt göstərəcəyik? Susmayın. Paylaşın. Bu edamlara qarşı çıxın”, – deyə aktyor çağırış etmişdi.

Medianews.az

Bizə qoşulun