Medianews.az
Bu yolda nəqliyyat dayanmaq və ya təhlükəsizlik kəməri taxmaq
62 baxış

Bu yolda nəqliyyat dayanmaq və ya təhlükəsizlik kəməri taxmaq QADAĞANDIR

Estoniyada sərt qış şəraiti nəticəsində dənizin donması Saaremaa ilə Hiiumaa adaları arasında qeyri-adi nəqliyyat marşrutu yaradıb.

Medianews.az xəbər verir ki, təxminən 20 kilometr uzunluğunda olan təbii “buz yolu” rəsmi olaraq istifadəyə verilib.

Məlumata görə, bərə xidmətlərində yaranan fasilələr səbəbindən bu marşrut həm alternativ nəqliyyat həlli, həm də bölgədə uzun illərdir tətbiq olunan ənənə kimi yenidən aktivləşdirilib.

Rəsmilər buz yolundan istifadə üçün ciddi təhlükəsizlik qaydaları müəyyən edib. Qaydalara əsasən, nəqliyyat vasitələrinin çəkisi 2,5 tondan artıq olmamalıdır. Sürət isə ya 20 km/saatdan aşağı, ya da 40-70 km/saat aralığında saxlanılmalıdır. Orta sürətlərin buzda təhlükəli titrəmələr yarada biləcəyi bildirilir.

Bundan əlavə, sürücülərə avtomobildə dayanmaq və təhlükəsizlik kəməri taxmaq qadağan edilib. Qapıların asan açılması və sürücülər arasında məsafənin qorunması da əsas şərtlər sırasındadır.

Qeyd edək ki, Saaremaa və Hiiumaa adaları arasında buz yolu sonuncu dəfə təxminən 8 il əvvəl istifadəyə verilmişdi. Son illərdə qışların kifayət qədər sərt keçməməsi bu təbii marşrutun yaranmasına imkan verməmişdi.

Medianews.az

Bizə qoşulun