Medianews.az
Gənc qadının kuryerə təklifi gündəm oldu -
56 baxış

Gənc qadının kuryerə təklifi gündəm oldu - VİDEO

Rusiyada yemək çatdırılma şirkətinin kuryeri sifariş zamanı qeyri-adi vəziyyətlə üzləşib.

Medianews.az xəbər verir ki, müştəri kuryerə sifarişi qəbul etdikdən sonra iki torba zibili konteynerə atması üçün 1000 rubl (təxminən 10-11 dollar) təklif edib.

Sürücü bu anları video çəkərək sosial mediada paylaşıb və izləyicilərinə “Siz nə edərdiniz?” sualı ilə müraciət edib. Qısa müddətdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

Bəzi istifadəçilər bunu “tənbəlliyin qiyməti” kimi dəyərləndirsə də, digərləri sürücünün şanslı olduğunu qeyd edib. 

Hadisə eyni zamanda Rusiyada çatdırılma sektorunda əlavə xidmətlərə tələbatın artdığını da göstərir. Artıq kuryerlər bəzən yalnız sifariş çatdırmaqla kifayətlənməyib, məişət işləri ilə bağlı müxtəlif xahişlərlə də qarşılaşırlar.

Medianews.az

Bizə qoşulun